İran Prezidenti Məsud Pezeşkian və Əbu-Dabinin vəliəhdi Xalid bin Məhəmməd bin Zayed ən-Nəhyan Hindistanın paytaxtında keçirilən BRİKS sammiti çərçivəsində görüşərək danışıqlar aparıblar.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin VAM agentliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər görüş zamanı regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Məlumata görə, İran prezidenti vəliəhdlə birlikdə gərginliyin azaldılması və regionda sabitliyin bərpası istiqamətində səylərin dəstəklənməsini vurğulayıblar.