"İlhamə, bədbəxt sizin bəlli olmayan nəslinizdir"- Aygün coşdu
Xalq artistləri İlhamə Quliyevayla Aygün Kazımova arasında mübahisə pik həddə çatıb.
İlhamə Quliyevanın Aygün Kazımovaya "bədbəxt" deməsi xalq artistini özündən çıxarıb.
Aygün Kazımova məsələ ilə bağlı açıqlama yayıb. O İlhamə Quliyevanı anasını döyməkdə ittiham edib:
"İlhamə Quliyeva bədbəxt sizin bəlli olmayan nəslinizdir! Anasını hər gün döyən, axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkanlardan yıxıldı ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən ee. Anasına deyirdi ki, ağla-ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə Prezident sənə ev verdi.
Aygün Kazımova İlhamə Quliyevanın "onun ağlı başında deyil" sözünə də reaksiya verib:
"Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğunuzdur. İlhamə Qarabulağlı soyadı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu deyəsən yaddan çıxartmısınız. Həəə?? Bəlkə elə bu işlərdə sizin də əliniz olub,? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram"
Xatırladaq ki, mübahisəyə səbəb İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın mətbuata göndərdiyi məktubda şəxsiyyət əleyhinə yönələn, işgəncə, alçaltma elementləri ilə zəngin səhnələrdən söhbət açılır:
“İlhamə Quliyevanın sifarişi ilə həbs olunmuşam. Məni onu öldürmək və mülkinə sahib olmaqla təqsirləndirir. Bu əslində belə deyil. Məni yanında işləməyə özü dəvət etdi, dedi ki, heç kəsi yanıma buraxmıram, hamını qovmuşam yanımdan. Səni soruşub öyrənmişəm, gəl mənimlə işlə. Məni yalan vədləri ilə işə götürən İ.Quliyeva heç bir ay keçmədi məni hədələdi, yanından elə-belə gedə bilməyəcəyimi dedi. Mən artıq məcburən onun yanında qul kimi işləməli oldum.O, mənimlə heç bir əmək müqaviləsi bağlamadan məni istismar etməyə başladı.
Xoşuna gəlməyən hər kəsi şantaj edərək bahalı zinət əşyaları və ya pul almayınca heç kəsin yaxasını buraxmır. Özünü xeyriyyəçi kimi tanıtmaq üçün Nazpəri Dostəliyevadan haqsız aldığı 25 min manat puldan cəmi iki min manatını efirlərə verərək özünü sevdirmək istədi. Hər dəfə efirdə hansı bir müğənnini yaxşı və imkanlı görürdüsə, onu təhqir etməyə başlayırdı. Efirlərlə və internet saytlara böhtan xarakterli müsahibələr verir, şantaj etdiyi adamlardan rüşvət gələn kimi böhtanlarını dayandırırdı. Hər kəs ondan qorxurdu, elə mən özüm də. Hər kəsə dövlət rəhbərlərinin yaxın dostu olduğunu söyləyir və onun tez-tez telefonla əlaqə saxladığını deyirdi. Kimə hirsli olurdusa “4 nömrə ilə prezidentimə zəng edəcəyəm” deməklə hədələyirdi. Bir necə qurumda yaxın dostlarına zəng edərək, xoşuna gəlməyənləri cəzalandırmağı xahiş edirdi. Özünü hamıdan və bütün xanımlardan üstün və birinci hesab edirdi”.
Bu məktuba "instagram"da münasibət bildirən Aygün Kazımova yazıb: “Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır”.
İlhamə Quliyeva isə buna cavabında Aygün Kazımovanı "bədbəxt qadın" adlandırmışdı: “Mən həmişə onu dəstəkləmişəm, yazıq, bədbəxt bir qadındır, ona yazığım gəlir. İnanmıram ki, onu Aygün yazıb. Bəlkə yuxulu olub? Bəlkə onun adından yazıblar? Yəqin özündə olmayıb. O, özündə olmur, bilmir ki, nə danışır”.
Qeyd edək ki, Aygün Kazımova İlhamə Quliyevanın Hacı Məmmədovla fotosunu da redaksiyamıza təqdim edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay