Direktor həbs edildi - Tələbələrdən rüşvət aldığı üçün

Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev 160-a yaxın tələbədən rüşvət aldığı üçün həbs edilib.

1997-ci ildən həmin vəzifədə işləyən Həmzəyev bir qrup şəxslə əlbir olaraq hədə-qorxu yolu ilə pul almaqda təqsirləndirilib.

O, kollecin əyani şöbəsində təhsil alan tələbələrə 2014/2015-ci ilin qış sessiyasında imtahanlardan müvəffəq qiymətlərin verilməsi, eləcə də rüşvət vermədikləri halda imtahanların nəticələrinə görə bilik səviyyələrinin qeyri-kafi qiymətləndiriləcəyi hədəsi ilə külli miqdarda rüşvət alma məqsədi ilə ümumilikdə 155 tələbədən 14 min 760 manat pulu hədə-qorxu tətbiq etməklə və ümumi himayədarlıq müqabilində 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar aylarında Astara şəhəri, H.Əliyev prospekti 124 ünvanında yerləşən Kollecin inzibati binasındakı xidməti otağında şəxsən alıb.

Bundan başqa, dördüncü kurs tələbəsi N.R-dən dərslərə gəlməməsi, imtahanlarda müvafiq qiymətlər alması müqabilində 1500 manat, kollecin baş mühasibi Mahir Qurbanlının əmisi oğlu Qulam Qurbanov operator vəzifəsinə götürməsinə görə 1800 manat rüşvət alıb.

Bu əməllərinə görə, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma; külli miqdarda törədildikdə) və 311.3.4-cü (rüşvət alma; hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş kollec tələbələrinin əksəriyyəti ibtidai istintaq zamanı verdikləri ifadələrinin əksinə olaraq qiymət almaq üçün pul vermədiklərini desələr də, məhkəmə onların bu ifadələrini qeyri-səmimi ifadələr kimi qiymətləndirib. Bundan başqa digər təqsirləndirilən şəxslər tələbələrdən pul yığıldığını və həmin pulların kollecin direktoru Əlihəsən Həmzəyevə verildiyini etiraf ediblər. Səmimi peşmançılıq çəkdiklərinə görə məhkəmə onlar barəsində yüngül cəza təyin edilməsini mümkün hesab edib. Eyni zamanda təqsirləndirilən şəxs Əlihəsən Həmzəyev əməlini etiraf etməyib, səmimi peşmançılığını bildirməyib. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edilib. İttiham oldunduğu maddələrlə Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, mümkün yüngül cəzaya, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Əlihəsən Həmzəyev məhkəmənin bu hökmü ilə də kifayətlənməyib və apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.

Şirvan Apellyasiya Məhkəməsində şikayət icraata götürülüb. Ə.Həmzəyevin appelyasiya şikayətinə hakim Amil Dosiyevin sədrliyi ilə sentyabrın 9-da baxılacaq. (qafqazinfo)

Son xəbərlər

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

MSK sədri qadınlara səsləndi: Namizəd olun!

İlham Əliyev fərman imzaladı

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Bütün xəbərlər