Ermənistanın Şəki kəndinə (Zəngəzur) keçən Azərbaycan hərbçisi Nəsimi Musayev ilə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, cinayət icraatı başa çatıb, iş ittiham aktı ilə birlikdə prokurorluğa göndərilib.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.