Fransa hökuməti 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin gəlirlərə həsr olunmuş birinci hissəsi üzrə səsverməni təxirə salıb.
İNTERXƏBƏR AZƏRTACa istinadən xəbər verir ki, Milli Assambleyada bir həftə davam edən müzakirələr oktyabrın 27-də bərpa olunacaq.
“Le Monde” qəzetinin məlumatına görə, Milli Assambleyada baxış başa çatdıqdan sonra büdcə layihəsi deputatlar tərəfindən qəbul edilib-edilməməsindən asılı olmayaraq, Senata göndəriləcək.
Oktyabrın 9-da parlamentin Maliyyə Komissiyası tərəfindən böyük ölçüdə rədd edilən 89 maddədən ibarət büdcə layihəsi dövlət kəsirinin məhdud şəkildə azaldılmasını nəzərdə tutur. Məqsəd kəsiri ümumi daxili məhsulun (ÜDM) 5,4 faizindən 5 faizinə endirməkdir. Bununla belə, Baş nazir Sebastyən Lökornünün açıqladığı perspektivlərə görə, bu hədəfə çatmaq mümkün olmaya bilər.
Bundan əlavə, nəzərdə tutulan göstərici Avropa İttifaqının müəyyən etdiyi ÜDM-in 3 faizi həddindən xeyli yüksəkdir. Dövlət kəsirinin və borcunun azaldılması hökumət üçün əsas prioritetlərdən biri olaraq qalır.
Milli Assambleyada çoxluğun olmaması büdcənin qəbulunu qeyri-müəyyən edir. Müxtəlif mövqelərə malik müxalifət qüvvələri ilə razılığa gəlmək zərurəti və yaxınlaşan prezident seçkiləri büdcə danışıqlarını daha da mürəkkəbləşdirə bilər
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət
Bu, Makronun nüfuzuna zərbədir - FT
Siyasət
Bu, Trampın tarixi səhvi olacaq - Zelenski
Müsahibə
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
Siyasət
ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa etdi
Son xəbərlər
İtaliyanın müdafiə naziri: Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək
Siyasət
ABŞ olmasa, benzin üç dəfə baha olardı - Vens
Tarix
"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
Tarix
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Son xəbərlər
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Müsahibə
Bu tarixdə prezidentlik dövrüm başa çatacaq - Sisi
İqtisadiyyat
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb
İqtisadiyyat