Ukrayna ordusu “Drujba” neft kəmərinin Rusiyadan keçən hissəsinə zərbələr endirib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Tambov vilayətindəki "Nikolskaya" xətt istehsal-dispetçer stansiyası vurulub.

Stansiya yanacağın Rusiyanın mərkəzi və cənub bölgələrinə, eləcə də ixrac terminallarına daşınmasını təmin edir.