="Belə adamlar dərhal məsuliyyətə cəlb edilib cəzalandırılmalıdır"
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli bu gün mətbuatda peşə fəaliyyəti ilə bir araya sığmayan açıqlama verib. İdmançı hazırda Bakı şəhərində bir neçə supermarketin sahibi olduğunu deyib. Bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşı, Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışmaqla yanaşı, Bakıda "Nömrə 1" adlı 6 supermarketi fəaliyyət göstərir.

O, eyni zamanda arzusunun general olmasını da dilə gətirib.

Hüquqşünaslar isə hesab edirlər ki, dövlət qulluqçuları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. "Hüquqi Dövlət" araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respblikası qanununa görə biznes fəaliyyəti ilə məşğul olmaq qadağan olunur. "Polis haqqında qanunda" da nəzərdə tutulub ki, polis əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Bura Azərbaycandır və bu kimi məslələr başqa cür tənzimlənir.

"Məndə olan məlumata görə, artıq Rusiyada buna gediblər və Azərbaycanda da tətbiq etmək istəyirlər ki, dövlət qulluqçularının da sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verilsin. Ola bilər ki, bəzi təsirlər olsun və qanunda dövlət qulluqçularının sahibkarlıq fəaliyyətinə icazə verilsin. Amma indiki halda bu qanun tələblərinin kobud pozulmasıdır", - deyə ekspert vurğuladı.

Qanuna istinad edən M.Baxış qeyd etdi ki, Polis haqqında 28 okrtyabr 1998-ci il də qəbul olunmuş qanunun 32-ci maddəsində birbaşa göstərilir ki, polis əməkdaşı heç bir seçkili və başqa təyinatlı vəzifə tuta bilməz. Elmi, pedaqoji və yaradıcı fəaliyyətdən baqa heç bir ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Elmi, pedaqoji və yaradıcı fəaliyyətindən başqa heç bir məvacib ala bilməz. Elnur Məmmədli bines fəaliyyəti ilə mşğul olduğunu deyibsə, bu, birbaşa qanun pountusudur. Belə adamlar dərhal məsuliyyətə cəlb edilib cəzalandırılmalıdır. Elə həmin qanunun 34-cü maddənin 4-cü bəndində göstərilir ki, polis fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda polis sıralarından xaric edilməlidir.

Hüquqşunas Elnur Məmmədlinin binznes fəaliyyəti ilə bağlı fikirlərinə görə cəzalandırmasına inanmır: "Elnur Məmmədli sahibkarlıqla məşğul olduğunu deyirsə, demək, polis fəaliyyəti ilə bir araya sığmayan işlə məşğul olduğuna görə polis sıralarından çıxarılmalıdır. Polis necə sahibkarlıqla məşğul ola bilər? Onun bir dəqiqə boş vaxtı olmamalıdır. Sahibkarlıq başqa bir fəaliyyətdir".

Daxili İşlər Nazirliyinin məbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə E.Məmmədlinin fəaliyyəti ilə bağlı Milli.Az-a açıqlama verməyərək cavab almaq üçün başqa ünvan göstərdi: "Nazirlikdə jurnalistlərin suallarını başqa bir şöbə araşdırır. Orxan Mansurzadə ilə əlaqə saxlayın".
Gün ərzində çoxsaylı telefon zənglərinə baqxmayaraq, O.Mansurzadə ilə danınışmaq mümkün olmadı. "Elnur Məmmədli dərhal cəzalandırılmalıdır"

Son xəbərlər

Ceyhun Bayramov ilə Yakov Blitşteyn arasında görüş keçirilib

Netanyahu girovlarla bağlı yaranan şəraitdən danışdı

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından DANIŞDI

Əsəd: "Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına müsbət yanaşır"

Ərdoğan: "Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağa hazırlaşır"

Yaşar Gülər: "Türkiyə Qara dəniz hövzəsinin hərbi arenaya çevrilməsinə icazə verməyəcək"

Hakan Fidan Azərbaycanı təbrik etdi

Hikmət Hacıyev Şuşadan paylaşım edib

Makronun erkən seçki ilə bağlı təşəbbüsü uğursuzluğa məhkumdur

Qardaşının klinikada öldürüldüyünü deyən şəxs prokurorluqdan NARAZIDIR

Pakistanın baş naziri Prezident İlham Əliyevə zəng edib

Zaxarova: "Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub"

Universitetlərə qəbul planının sayı açıqlandı

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib.

Fransa müxalifətindən Makrona qarşı BİRLİK ÇAĞIRIŞI

Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsinə qədəm qoyub

Azərbaycan və Türkiyə prezidentləri Ankaranın Esenboğa Hava Limanında görüşüblər

Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir

İlham Əliyev: "Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır"

ABŞ-Azərbaycan: Ağ Ev "təmas xətti"ni dəyişmək istəyir

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb

Makron Rusiyaya hərbi zərbələri dəstəklədi

G7 İrana çağırış etdi

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

Makron Yeni Kaledoniyaya səfər edib

İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb

Azərbaycan nefti ucuzlaşıb

Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Notarius Daxil Kərimovun fırıldaqlarını kim ifşa edəcək?

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

Tehranda təhlükəsizlik səviyyəsi artırılır

Bütün xəbərlər