“Ukrayna azərbaycanlı tərəfdaşlardan bərpa işləri üçün 25 yük maşını ilə enerji avadanlığı da daxil olmaqla daha bir yardım partiyası alıb”.
Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat verib.
“Bu, artıq Azərbaycanın dördüncü yardım tranşıdır və buraya transformator yarımstansiyaları, güc transformatoru, naqillər, ayırıcılar, təmir-bərpa işlərinin aparılması üçün digər avadanlıqlar daxildir. Biz bu dəstəyə görə tərəfdaşlarımıza təşəkkür edirik. Təqdim olunan avadanlıq Ukraynanın enerji şirkətləri tərəfindən düşmənin hücumuna məruz qalan obyektlərin, xüsusən də cəbhəyanı rayonların bərpası üçün istifadə olunur. Görülən işlər enerji sisteminin stabil işləməsini təmin etməyə, istehlakçıların elektrik və istilik təchizatına olan tələbatını təmin etməyə imkan verir”, - Ukraynanın energetika naziri Herman Qaluşenko qeyd edib.
Onun sözlərinə görə, 2023-cü ilin noyabr və 2024-cü ilin yanvar ayları ərzində Azərbaycandan alınan avadanlıqlar energetika sektorunun 24 müəssisəsi, o cümlədən elektrik enerjisipaylayıcı sistemlərin operatorları, istilik təchizatı, qaz, kömür və nüvə sənayesi müəssisələri arasında bölüşdürülüb.
Ümumilikdə, 2022-ci ilin mart ayından Ukrayna Azərbaycandan ümumi çəkisi 1 585 tondan çox olan 92 enerji avadanlığı, o cümlədən 51 güc transformatoru, 111 transformator yarımstansiyası və digər avadanlıqlar alıb.![]()
![]()
Son xəbərlər
Ukrayna Azərbaycandan daha 25 yük maşını ilə yardım alıb - FOTO
Siyasət
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
İdman
Arsen Venger Bakıda keçiriləcək dünya çempionatının əhəmiyyətindən danışıb
Müsahibə
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Son xəbərlər
Xəbərdarlıq: Ərzaq və su ehtiyatı toplayın
Siyasət
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular
İqtisadiyyat
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq
Siyasət
Ermənistan çobanı Azərbaycana qaytarır
Siyasət
Bu, ABŞ-a məqsədlərinə çatmağa imkan verməyəcək - Pezeşkian
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər
Ukrayna “Drujba” neft kəmərini vurdu
Son xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət