“Almaniya Avropada hipotetik müharibədə özünü müdafiə etməyə hazır olmalıdır. Lakin silahlı qüvvələrin modernləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilməz”.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
“Biz yenidən Avropada müharibə təhlükəsinin yarana biləcəyi fikrinə alışmalıyıq. Bu isə o deməkdir ki, biz döyüşə və müdafiəyə hazır olmalıyıq”, - o, qeyd edib.
Pistorius həmçinin Almaniyanın Müdafiə Nazirliyinin 100 milyard avroluq müdafiə fondundan çox ləng xərcləməsi ilə bağlı tənqidlərə də cavab verib. Bildirib ki, bu prosesi çox sürətləndirmək mümkün olmayacaq. Onun sözlərinə görə, ilin sonuna qədər ümumi həcmin təxminən üçdə ikisi istifadə olunacaq, lakin istehsal və çatdırılma vaxt aparır.
“Son 30 ildə az maliyyələşən bir şeyi 19 ayda düzəltmək mümkün deyil”, - deyə nazir Almaniya Silahlı Qüvvələrini nəzərdə tutaraq, əlavə edib.
Mənbə: TASS
Son xəbərlər
Almaniya hakimiyyəti ordunun modernləşdirilməsini sürətləndirə bilmədiyini açıqladı
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər