Heyvan bazarında ət bahalaşıb.
”İnterxəbər" xəbər verir ki, heyvan satışı ilə məşğul olan satıcılar trend-ə bildiriblər ki, bayram ilə əlaqədar satışa çıxarılan heyvanların qiymətləri ötən illə müqayisədə bir qədər artıb.
"Qiymətlərin bayram günlərində kiloqramda 1 manat da olsa bahalaşacağı gözlənilir. Bahalaşmanı bir neçə amillə əlaqələndirirlər. Əsas səbəblər yemin qiymətinin artması, otun və örüş yerlərinin az olmasıdır. Hazırda diri çəkidə quzu ətinin kilosu 8 manat, təmiz ətin kilosu 17-18 manat aralığında dəyişir. Dana ətinin qiyməti diri çəkidə 7 manat, kəsilmiş isə 14-15 manat arasındadır. Alıcıların da sayı ötən illə müqayisədə azalıb", - deyə satıcılar bildiriblər.
Qeyd edək ki, Azərbaycanda iyunun 28, 29-u Qurban bayramı qeyd olunacaq.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev bildirib ki, qurban kəsənlər əti imkansız ailələrə paylamalıdır.
"Yoxsul, fəqirlərə pay verilməlidir. Qurban kəsən adam ətin 1/3 hissəsini ayırıb bir payı özünə saxlamalı, qalan hissəsini isə paylamalıdır. Vətəndaşlar qurbanlıq heyvan alarkən onun sağlam olmasına diqqət etməlidirlər. Qurbanlıq kəsmək əsasən Məkkədə Həcc ziyarətində olanlara vacibdir, digər şəxslər üçün isə qurban kəsmək savab əməl və gözəl bir işdir", - deyə o bildirib.
Qida Təhlükəsizliyi Agentliyi isə Qurban bayramında 7 aylıqdan daha yuxarı yaşda olan və erkək xırdabuynuzlu heyvanların kəsimini tövsiyə edib
Son xəbərlər
Heyvan bazarında SON VƏZİYYƏT - Qiymətlər artır
Siyasət
Nyu-Yorkda Paşinyan Pezeşkianla görüşdü
Son xəbərlər
Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya