Biz onların (İran –red) işini bitirə bilərdik. Hədəfimizdə 38 körpü var və biz onları sözün əsl mənasında bir saatın içində dağıda bilərik. Hamısı yerlə-yeksan olar.

Bunu ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibəsində deyib.

“İranın infrastrukturunu məhv etmək niyyətində deyilik. Çünki bərpası 10 il vaxt aparar. Mən körpüləri dağıtmağı sevmirəm. Üstəlik, ən çətin tikilən şey körpüdür. Bu, illərlə vaxt alır, özüm də yaxşı inşaatçıyam. Müharibə ərzində İranın raket və PUA istehsal etmək imkanları ciddi şəkildə zəifləyib. Onların bacardıqları iş cəmi 10% səviyyəsindədir. Bir neçə raket və PUA düzəltmək. PUA-lar üzrə bu göstərici təxminən 15%-dir, çünki zavodlarının çoxu artıq yox olub”, - o bildirib.