İlham Əliyev AİB-in prezidentini qəbul etdi
Fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Interxəbər AzərTAc-a istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın önəmi bildirildi, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkan olduğu məmnunluqla qeyd edildi.
Bu baxımdan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı və tədbirə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyi bildirildi.
Söhbət zamanı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında həyata keçirilən uğurlu layihələrin əhəmiyyətindən danışıldı və əməkdaşlığın konkret perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay