Şuşada səfərdə olan media nümayəndələri - britaniyalı müxbir Eror Alexsandar və serbiyalı fotoqraf Knezevic Nemanja Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə tanış olarkən yolun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər.
Bu barədə “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir.
Əcnəbi media nümayəndələri söhbət əsnasında etiraz aksiyası barədə məlumatlandırılıblar. Onlara aksiyanın məqsədi və etirazçıların tələbləri haqda informasiya verilib.
Qeyd edilib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji cinayətlərə son qoyulmasıdır.
Bildirilib ki, yol humanitar məqsədlər üçün tam açıqdır və heç bir blokadadan söhbət gedə bilməz.
Həmçinin xarici media nümayəndələrinə aksiyanın dinc şəkildə keçirildiyi barədə məlumat verilib.
Bununla yanaşı, əcnəbi jurnalistlər Azərbaycanın işğaldan azad olunan ərazilərində, xüsusən də Şuşada aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb.
Həmçinin xarici jurnalistlər Azərbaycanın mədəniyyət paytaxtında mövcud olan tarixi yerləri ziyarət ediblər. Onlar işğal dövründə şəhər ərazisində ermənilər tərəfindən törədilən vandalizm nümunələri ilə əyani şəkildə tanış olublar.
Qeyd edək ki, xarici media nümayəndələri bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə də səfər edəcəklər.![]()
![]()
![]()
Son xəbərlər
Xarici jurnalistlər Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər - FOTO
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər