ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Mişel Sison martın 29-da Azərbaycana səfər edəcək.

Bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, M.Sison Azərbaycandan başqa Madaqaskar, Cənubi Afrika, Mavriki, Monqolustan, Vyetnam, Tailand və Laosa da səfərlər edəcək.

Səfərlər martın 22-dən aprelin 7-dək davam edəcək.

M.Sison səfərlər zamanı keçirəcəyi görüşlərdə çoxtərəfli əməkdaşlıq, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və bir sıra digər vacib məsələləri müzakirə edəcək.