Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.
İNTERXƏBƏR AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verilib.
Bildirilib ki, kitabxana tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və tələbəyönümlü akademik mühitin formalaşdırılması baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq, tələbə və əməkdaşların təhsil, elmi-tədqiqat və informasiya ehtiyaclarının qarşılanmasına, müstəqil öyrənmə və tədqiqat bacarıqlarının inkişafına, həmçinin professor-müəllim heyətinin elmi fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək.
Müasir standartlara cavab verəcək dördmərtəbəli binada eyni vaxtda təxminən 1100 tələbənin istifadəsinə imkan verən funksional oxu zallarının, fərdi və qrup şəklində öyrənmə, görüş və akademik əməkdaşlıq üçün nəzərdə tutulan məkanların yaradılması planlaşdırılır. Universitetin akademik ehtiyaclarını qarşılamaqla və potensialını gücləndirməklə yanaşı, region ictimaiyyəti üçün də informasiya mənbəyi rolunu oynayacaq kitabxana binası elmi müzakirələrin, bilik və təcrübə mübadiləsinin təşviqinə, universitetlə əhali arasında əlaqələrin genişləndirilməsinə və Qarabağda sosial-mədəni mühitin inkişafına töhfə verəcək.
Qeyd edilib ki, Qarabağ Universitetinin İnnovasiya Mərkəzi innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, elmi-tədqiqat nəticələrinin praktiki tətbiqinin təşviqi, müasir texnologiyaların və innovativ ideyaların dəstəklənməsi baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq. Mərkəz tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həlletmə bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə, həmçinin universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək. Mərkəz, eyni zamanda, Qarabağ regionunun sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsi, yerli ehtiyaclara uyğun innovativ həllərin hazırlanması və universitetlə dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq. Mərkəz universitetdə innovasiya mədəniyyətinin formalaşmasına, elmi biliklərin iqtisadi və sosial dəyərə çevrilməsinə, həmçinin Qarabağ regionunda texnoloji inkişafın, sahibkarlığın və bilikəsaslı iqtisadiyyatın təşviqinə töhfə verəcək.![]()
![]()
![]()
![]()
Bölgə
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - Foto
Bölgə
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - Foto
Bölgə
İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - Foto
Siyasət
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Siyasət
Çində kütləvi həbslər: Mao dövrü geri qayıdır?
Son xəbərlər
Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib
Bölgə
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Bölgə
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
Siyasət
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - Foto
İqtisadiyyat
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Siyasət
ABŞ-nin İranla bağlı planları: Tramp administrasiyası nə qərar verəcək?
İqtisadiyyat
Neft yenə kəskin bahalaşdı
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət