Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
İNTERXƏBƏR AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.
İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.
Şuşa Peşə Təhsili Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan, Şuşa Peşə Təhsili Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.![]()
![]()
![]()
Bölgə
İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - Foto
Bölgə
İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - Foto
Siyasət
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Siyasət
Çində kütləvi həbslər: Mao dövrü geri qayıdır?
Son xəbərlər
Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib
Bölgə
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Bölgə
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
Siyasət
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - Foto
İqtisadiyyat
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Siyasət
ABŞ-nin İranla bağlı planları: Tramp administrasiyası nə qərar verəcək?
İqtisadiyyat
Neft yenə kəskin bahalaşdı
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə