Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər.
Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən, Zəngilan şəhərində 960 şagird yerlik tam orta ümumtəhsil məktəb binasının layihələndirilməsi və tikintisinə başlanılıb. 2025-ci ildə layihədə konseptual dəyişiklik edilərək, təhsil müəssisəsi Zəngilan Şəhər Təhsil Kompleksi olaraq peşəyönümlü tədris müəssisəsi kimi yenidən layihələndirilib.
Kompleksdə məktəbəhazırlıq, biologiya, informatika, çağırışaqədərki hazırlıq, "STEAM-STARTERS", "STEAM-SCIENCE LAB", "STEAM CHALLENG" otaqları, robot zonaları, laboratoriyalar, dərzi, santexnika çilingəri və elektrik montyoru emalatxanaları yaradılıb. Burada, həmçinin kitabxana, idman və akt zalları, yeməkxana da müəllim-tələbə heyətinin ixtiyarına veriləcək.
Ümumi ərazisi 1,6 hektar olan kompleksin həyətində də geniş abadlıq işləri aparılıb, açıq idman meydançası və qaçış zolağı yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasəti nəticəsində son illərdə yüzlərlə yeni məktəb binası tikilib, mövcud təhsil müəssisələri isə əsaslı təmir olunub. Bu siyasətin mühüm istiqamətlərindən biri də işğaldan azad olunmuş torpaqlarımızda "Böyük Qayıdış" Proqramı çərçivəsində hərtərəfli infrastrukturun yaradılmasıdır ki, təhsil müəssisələri də burada xüsusi yer tutur. Zəngilanda yeni təhsil kompleksinin istifadəyə verilməsi doğma torpaqlarına qayıdan ailələrin övladları üçün hər cür şəraitin yaradıldığının, onların keyfiyyətli təhsil almalarına göstərilən diqqət və qayğının əyani təzahürüdür. Müasir tədris imkanlarına malik bu kompleks gənc nəslin bilikli, savadlı yetişməsinə, onların peşə vərdişlərinin inkişafına mühüm töhfə verəcək.![]()
![]()
![]()
![]()
Bölgə
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Son xəbərlər
Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib
Bölgə
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Bölgə
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
Siyasət
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - Foto
İqtisadiyyat
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Siyasət
ABŞ-nin İranla bağlı planları: Tramp administrasiyası nə qərar verəcək?
İqtisadiyyat
Neft yenə kəskin bahalaşdı
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
Texnologiya
Prezident qanun imzaladı
İqtisadiyyat
Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək
Siyasət