Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

Oxu.Az xəbər verir ki, saat 18:00-da başlanan yarışın təxminən bir saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışında komandaların hansı sırada mübarizəyə başlayacağı məhz bu sıralama turundan sonra müəyyənləşəcək.