Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə hərbi andın mahiyyətindən danışan polkovnik Mübariz Rzayev şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb.
Gənc əsgərlərdən Emil Rəhimov hərbi andın və nizamnamələrin tələblərinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edərək hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını mükəmməl mənimsəyib həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz verib.
Polkovnik Mehman Gülməmmədov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, hər bir əsgər xidmət etdiyi hərbi hissədə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün öz vəzifə borcunu şüurlu surətdə dərk etməli və xidməti vəzifələrini vicdanla yerinə yetirməlidir. Bu gün təntənəli surətdə Vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olan gənclərimiz bilməlidirlər ki, hərbi anda sadiq olan əsgər döyüş və xidməti fəaliyyətində son damla qanına qədər vəzifə borcunu şərəflə yerinə yetirir, düşmən üzərində qələbəyə sarsılmaz inamı ilə döyüş qabiliyyətini və ustalığını daha da artırır.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Son xəbərlər
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə