Tətil günlərini Azərbaycanın bütün regionlarını əhatə edən füsunkar təbiət ərazilərində - milli parklarımızda keçirmək daha zövqlü olacaq. Milli parklarımız tətil günlərində ziyarətçiləri xüsusi proqramlarla qarşılayacaq.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, parklarda maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.
“13,14,15 may tarixlərində paytaxta ən yaxın məsafədə yerləşən Abşeron Milli Parkında da ziyarətçilər təbiət gəzintisi ilə birgə maraqlı tədbirlərin iştirakçısı ola biləcək.
Parkda Ailə Biznesinə Asan Dəstək (ABAD) publik hüquqi şəxs tərəfindən iaşə xidməti təklif ediləcək, ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitəsi olan elektro skuterlərin təqdimatı və test sürüşləri təşkil olunacaq.
Eyni zamanda, Zirə qəsəbəsində istehsal olunan ekoloji təmiz ərzaq məhsullarının sərgisi və satışı həyata keçiriləcək, uşaqlar və böyüklər üçün tədbirlər, viktorinalar təşkil olunacaq”.
Xidmət rəsmisi hər kəsə bu tətil günlərini ölkəmizin milli parklarında keçirməyi, açıq havada təbiət gözəlliklərindən zövq almağı tövsiyə edib.
Son xəbərlər
ETSN rəsmisi: “Ramazan tətili günlərində milli parklarımızda xüsusi proqramlar olacaq”- FOTO
Müsahibə
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Hərbçilərinin maaşı 22,8% artacaq
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya
NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...
Siyasət
Nyu-Yorkda Paşinyan Pezeşkianla görüşdü
Son xəbərlər
Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət