Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.
Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev Koxir Rasulzodanın ölkəmizə səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını deyib.
Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərini və söhbətlərini məmnunluqla xatırlayıb.
Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, hər iki ölkənin prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dedi. Baş nazir bu xüsusda Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni xatırlayıb.
Koxir Rasulzoda əlaqələrimizin genişlənməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini vurğulayıb.
Baş nazir Azərbaycanın "ASAN xidmət" modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə edib.
Söhbət zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.
Xalqlarımızın tarixi əlaqələri vurğulanaraq ortaq kökləri bölüşdüyü qeyd olundu. Bu xüsusda mütəmadi əsasda qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin keçirilməsinin vacibliyi bildirilib.
Tacikistanın Baş naziri Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan kvotalara görə təşəkkür edib.
Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu vurğulanaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunuldu, turizm və sərnişindaşıma sahəsində artım məmnunluqla qeyd olunub. Ölkələrimizin turizm imkanlarının təqdim olunması üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.![]()
![]()
![]()
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət
Merz qəfil Kiyevə gəldi
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət
Ceyhun Bayramov Abbas Əraqçı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər