Prezidentin göstərişi ilə jurnalistlər üçün tikilən binada mənzil bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi sübut olunub.
Bakupost.az-a daxil olan məlumata görə, ötən ilin iyulundan başlayan araşdırma artıq yekunlaşıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir neçə dəfə dindirilib.
Araşdırma nəticəsində məlum olub ki, mənzil verilən 20 nəfər “Jurnalistlər binası”ndan ev almaq üçün müəyyənləşmiş tələblərə uyğun deyil. Bəzilərinin fəaliyyəti orada qoyulan tələblərə cavab vermir, bəzilərinin isə təqdim etdiyi sənədlər saxtadır.
Məsələ ilə bağlı sənədlər toplanıb və aidiyyəti qurumlara təqdim olunub. Saxta yolla əldə edilən mənzillərin geri alınacağı gözlənilir.
Məlumat üçün bildirək ki, qaydaya görə mənzil almaq istəyən jurnalist ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilərdi. Şərtlərə əsasən, televiziya və radio yayımçılarının 10, gündəlik qəzetlər və informasiya agentliklərinin 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytların isə 3 namizəd müəyyənləşdirə bilmək imkanı vardı.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz üç il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməli idi.
Adları Mətbuat Şurasının “qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzdilər.
Son xəbərlər
“Jurnalistlər binası”ndan verilən 20 mənzil geri alınacaq - SİYAHI HAZIRLANDI
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər