AŞPA Azərbaycanın ərazi bütövlüyü təsdiqləyibAvropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının günün ikinci yarısında keçirilmiş plenar iclasının əsas müzakirələri Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və KİV Komitəsinin sədri Volodimir Aryevin hazırladığı “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatı ətrafında aparılıb.

interxəbər APA-ya istinadən xəbər verir ki, hesabatda Gürcüstan və Moldovanın separatçı əraziləri ilə yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı qüvvələrin nəzarətində olduğundan burada mətbuatın vəziyyətinin qiymətləndirilməsinin mümkünsüzlüyünə dair qeyd edilən müddəa erməni nümayəndə heyəti üzvlərinin əsassız etirazlarına səbəb olub.

Onlar hesabatdakı sözügedən 9-cu bəndin çıxardılması üçün hesabata üç əlavə və dəyişiklik irəli sürüblər. Hesabat ətrafında çıxış edən Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Samvel Farmanyan məruzəçi Volodimir Aryevi Azərbaycan əsilli olması haqqında Azərbaycan KİV-lərində dediklərini təkrarlamaqla onu yenidən qeyri-obyektivlikdə ittiham etməyə cəhd ediblər. Volodimir Aryev isə bu bəndin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə dair qəbul olunmuş sənədlərə əsasən hesabata saldığını vurğulayaraq, ona qarşı belə təzyiqlərin edilməsini qəbuledilməz olduğunu bildirib.

Daha sonra, qətnamə ətrafında gedən səsvermələrdə erməni tərəfinin hesabatın 9-cu bəndinin çıxardılmasına və dəyişdirilməsinə yönəlmiş cəhdlərinə baxmayaraq, təklif etdikləri bir-birini təkrarlayan üç əlavə və dəyişikliklərin heç biri qəbul edilməyib. AŞPA üzvləri hesabatın 9-cu bəndini olduğu kimi - yəni, Dağlıq Qarabağın Azərbaycanın ərazisi və bu bölgənin erməni separatçıların nəzarətində olduğunu qəbul ediblər. Sonda Volodimir Aryevin təqdim etdiyi qətnamə tam şəkildə səsə qoyularaq, səs çoxluğu ilə qəbul edilib.

Son xəbərlər

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Tramp ona da yüksək vəzifə verəcək

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

Lukaşenko “Oreşnik”lə bağlı göstəriş verdi

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Foto

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Bütün xəbərlər