Flavio Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib.

Bu barədə Braziliyanın “Folha de S.Paulo” qəzeti məlumat yayıb.

Çirkli pulların yuyulması ilə bağlı istintaq fonunda ölkəni tərk edən siyasətçi bu barədə məktub yayımlayıb.

O, məktubda seçkilərin nəticələrini tanımaqdan yenidən imtina edib və ABŞ-da onu səmimi qarşıladığına görə Donald Trampa təşəkkür edib.

Qeyd edək ki, Braziliyada prezident seçkilərində məğlub olan senator Flaviu Bolsonaro ölkəni tərk etməsinə dair məhkəmə qadağasına baxmayaraq, ABŞ-a gedib.