Naxçıvan Muxtar Respublikasında səhiyyə müəssisələrində çalışan tibb işçilərinin aylıq vəzifə maaşlarına ixtisas dərəcələrindən və peşəkarlıq səviyyələrindən asılı olaraq 10, 15 və ya 25 faiz əlavə haqq ödənilə bilər.
İnterxəbər Trend-ə istimadən xəbər verir ki, Bunun üçün tibb işçisinə ikinci, birinci və ya ali ixtisas dərəcəsi verilməlidir. İxtisas dərəcəsi beş il müddətində qüvvədə olur və onun verilməsi tibb işçisinin sertifikasiyasının nəticələri əsasında müəyyən edilir.
Qaydalara əsasən, ali ixtisas dərəcəsi olan tibb işçilərinə vəzifə maaşının 25 faizi, birinci ixtisas dərəcəsi olanlara 15 faizi, ikinci ixtisas dərəcəsi olanlara isə 10 faizi həcmində aylıq əlavə haqq ödənilir.
Əlavə haqq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə, dərəcənin verildiyi aydan sonrakı ay başlayaraq ödənilir. Hesablamada sonuncu ay da tam nəzərə alınır. Tibb işçisi iş yerini dəyişdikdə onun ixtisas dərəcəsi saxlanılır.
İxtisas dərəcəsi almaq üçün Naxçıvanın səhiyyə müəssisələrində çalışan ali və orta tibb təhsilli işçilərin müvafiq ixtisas üzrə azı beş il əmək stajı olmalıdır. Dərəcələr ardıcıllıqla - ikinci, birinci və daha sonra ali ixtisas dərəcəsi üzrə verilir.
İkinci ixtisas dərəcəsini almaq üçün mütəxəssisin müvafiq ixtisas üzrə beş il iş stajı olmalı, tutduğu vəzifədə sərbəst fəaliyyət göstərməli və iş yerindən müsbət xarakteristika almalıdır.
Birinci ixtisas dərəcəsi üçün ixtisas üzrə 10 ildən artıq iş stajı, sərbəst fəaliyyət göstərmək bacarığı, ixtisasa aid müxtəlif tədbirlərdə iştirak və iş yerindən müsbət xarakteristika tələb olunur.
Ali ixtisas dərəcəsi almaq istəyən tibb işçisinin isə müvafiq ixtisas üzrə 15 ildən artıq iş stajı olmalı, yüksək ixtisaslaşdırılmış tibbi xidmət göstərmək bacarığı və elmi-praktik konfranslarda iştirak təcrübəsi nəzərə alınmalıdır. Namizədin iş yerindən müsbət xarakteristikası da tələb olunur.
Bundan əlavə, İxtisas Komissiyası namizədin tibb üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olmasını, rezidenturanı bitirməsini və elmi məqalələrinin dərc edilməsini də nəzərə alır.
İxtisas dərəcəsi almaq istəyən tibb işçisi sertifikasiya üçün təqdim etdiyi sənədlərlə yanaşı, ixtisası üzrə son beş ildəki fəaliyyəti barədə hesabatı və xasiyyətnaməni də təqdim etməlidir. Hər iki sənəd müəssisənin möhürü və rəhbərinin imzası ilə təsdiqlənməlidir.
İxtisas Komissiyasının üzvləri hesabatla tanış olur, tibb işçisinin praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyənləşdirmək üçün ona ixtisasına aid suallar verirlər. Komissiya namizədə ixtisas dərəcəsinin verilməsi, mövcud dərəcəsinin təsdiqlənməsi və ya dəyişdirilməsi barədə rəy hazırlayır.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi barədə qərarı İxtisas Komissiyasının rəyi əsasında qəbul edir. Komissiyanın rəyi sədr, katib və üzvlər tərəfindən imzalanaraq təsdiq üçün Nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə ixtisas dərəcəsini təsdiq edən şəhadətnamə verilir.
İxtisas dərəcəsinin verilməsi ilə bağlı mübahisəli məsələlərə qanunvericiliyə uyğun olaraq məhkəmədə baxılır.
Son xəbərlər
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
Hadisə
Moskvanın bütün hava limanları bağlandı
Son xəbərlər
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
Siyasət
Zelenski: Rusiya bir həftədə Ukraynaya 1 600 bomba və 48 raket atıb
Son xəbərlər
Fransada genişmiqyaslı iğtişaşlar: 1 300-dən çox saxlanılan və 53 yaralı polis var
Siyasət
Pedro Sançes: İnflyasiyanın əsas səbəbi İrandakı müharibədir
İqtisadiyyat
Avropaya tədarükdən heç vaxt imtina etməmişik - Putin
Hadisə
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Son xəbərlər
Sabah hava meteohəssas insanlara necə təsir edəcək?
Tarix
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Siyasət
Müharibə bütün cəbhələrdə sona çatmalıdır, yoxsa... - Arakçı
Müsahibə
Tramp riyazi bacarıqları ilə öyündü: "Mənə lazımi qiymət verilmir"
İdman
Canni İnfantino İlham Əliyevə təşəkkür etdi
Tarix
Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı
Hadisə
Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
Müsahibə