Rusiya Avropa ölkələrinin istəyi olacağı təqdirdə onlara qaz tədarükünü bərpa etməyə hazırdır.

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

“Gələcəkdə Avropaya qaz tədarükü üçün “Şimal Axını”na tələbat ola bilər. Avropa Rusiya qazından imtina edərsə, Moskva bütün qaz həcmlərini digər bazarlarda sata bilər”, - o bildirib.