İsrail ordusu Livanın cənubundakı Markabada “Hizbullah” terror təşkilatının mövqeyini hədəfə alıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Həmçinin İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda 8 yaraqlının hücumuna cavab olaraq, HƏMAS və “İslami-Cihad” təşkilatlarının 4 səhra komandirini vurduğunu açıqlayıb.