“Rusiya və Azərbaycan Heydər Əliyevin anadan olmasının yüzüncü ildönümünü qeyd edirlər”.
Bu barədə Rusiyanın “Rossiyskaya Qazeta” nəşrinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Sovet İttifaqında yüksək postları tutan, sonra isə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin siyasi fenomeni hələ də böyük sirr olaraq qalır:
“Kreml elitasında o, qlobal miqyasda problemləri həll etmək iqtidarında olan bir şəxs və eyni zamanda, “self-made” simvol idi. Postsovet dövrü üçün Heydər Əliyev Azərbaycanın Atatürkü, ümummilli lider hesab olunur, onun dövründə ölkənin həyatını yenidən quran köklü dəyişikliklər baş verib”.
Bildirilir ki, sosial problemlər, mədəniyyət sahəsi Heydər Əliyevin diqqətindən kənarda qalmırdı:
“Təkcə onu demək kifayətdir ki, 1978-ci ildə Azərbaycan dili dövlət dili statusu alıb. Onun dövründə Azərbaycan SSRİ-nin qabaqcıl respublikasına çevrildi və ard-arda on iki dəfə digər respublikalar arasında keçirilən sosialist yarışında qalib gəldi”.
Belə rəhbərlərin təkcə Azərbaycana deyil, bütün SSRİ-yə lazım olduğu vurğulanır.
“Heydər Əliyevin həyat yolu timsalında bir şəxsiyyətin tarixdə oynadığı rolu başa düşmək olar. İndi Azərbaycan Şərq və Qərb sivilizasiyaları arasında etibarlı körpüdür, dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Rusiya ilə mehriban qonşuluq münasibətlərinin əsasını məhz Heydər Əliyev qoyub. Prezident İlham Əliyev atasının müdrik siyasətini uğurla davam etdirir. Azərbaycanın nüfuzu durmadan artır və bütün bunlar böyük ruha malik nadir siyasətçinin - Heydər Əliyevin yaratdığı təməl üzərindədir”, - deyə qeyd olunur.
Bizimlə əlaqə saxlayın
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
ANDROID əməliyyat sistemli smartfonlar
iOS əməliyyat sistemli smartfonlar
Kredit evlər
Siyasət
“Rossiyskaya Qazeta” Heydər Əliyev barədə: “Qlobal miqyasda problemləri həll etmək iqtidarında olan şəxs”
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər