Qərbin erməni təxribatları üzərindən Qarabağ planı - ŞƏRH


Çox təəsüf ki, XXI əsrdə media və texnologiyanın inkişafı həqiqəti dünyaya çatdırmaq əvəzinə dezinformasiyanın yayılmasına vasitə olur, beynəlxalq qurumlar isə ədaləti bərpa edib haqqı müdafiə etmək yerinə ən yaxşı halda susur, ya da utanmadan əleyhimizə işlər görməyə cəhd edir. Məlumatsız insanlar bir hadisəni fərqli mənbələrdə gördükdə əlbəttə ki, buna inanırlar. İllərdir döyüş meydanında uduzan haylar bu vasitədən istifadə edərək xülya dolu dünyalarını, yalanlarını, hər kəsə "yedizdirirlər". Özlərini sivil, qədim xalq kimi təqdim edən hayların nə torpağı, nə mədəniyyəti, imzalanan müqaviləyə əməl etməməklə anlaşıldı ki nə də ağılları var... Adətən düşmən pislənilir ki, zəif görsədilsin, amma bunlar reallıq və kimsənin nə sözlə, nə də ki əməllə dəyişə biləcəyi gerçəklikdir.

Bir əsr öncə Azərbaycandan oğurlanan torpaqlarda özlərinə "dövlət" quran, sözün əsl mənasında terrorist qrupu, keçən əsrin sonlarında gözünü Qarabağa dikdi. 30 il Azərbaycan rəsmiləri mədəni formada, sülh ilə məsələni həll etməyə çalışdı. Daim masaya dəvət olunan erməni simasındakı "torpaq oğruları" ya bu təklifi rədd etdi, ya da iştahlarını basdıra bilmədi. Lakin, rəşadətli Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "erməni ordusunu" məhv etdi. Cəbhədə öz canı, qanı ilə erməni mifini yox edən əsgərimiz oldu, - şəhid, qazi qəhrəmanlarımız! Sülh masasında şərtləri diktə edən də cənab Əliyev idi. Çünki əzəli, tarixi torpaqlarımızı işğaldan azad edərək ədaləti bərpa etmişdi. Artıq Azərbaycan xalqı həm cəbhədə, həm də masada qalib gəlmişdi.

2 ildir ki, Qarabağa qayıdış və yenidənqurma işləri dayanmadan böyük templə davam edir. Heç bir beynəlxalq təşkilatın dəstəyi və maddi yatırımı olmadan erməni vandallarının məhv etdiyi cənnəti Azərbaycan öz gücü ilə yenidən bərpa edir. Amma nədənsə erməni tərəfi sülhün şərtlərinə əməl etmir və bununla bərabər ərazimizin bütövlüyü üçün qərb cəbhəsində hər zaman müharibə ocağı yaratmağa meyillidir. Hətta "Qisas" əməliyyatı belə hayların "ağlını" özünə gətirə bilmədi. Deməli, burda yalnız ermənilərin adını çəksək insafsızlıq olacaq. ABŞ nümayəndəsinin Ermənistana səfəri, fransızların bizim əleyhimizə qəbul etdirmək istədiyi sanksiyalar və İrəvanda dalğalanan İran bayrağı... Bunlar hələ gözlə görünən erməni dəstəkçiləridir. Azərbaycan hər zaman dünya dövlətlərinə, xalqlarına xüsusilə də qonşularına ədalət, sülh və humanizm prinsipindən yanaşıb. Amma çox təssüf ki, bəziləri qarşılığında bunun tərsini edir.

Sosial şəbəkələrdə, xüsusilə də "Tvitter"də erməni lobbisi Azərbaycan haqqında saxtalaşdırılmış məlumatlar paylaşır və dünyanı buna inandırmağa çalışır. Daha sərt şəkildə desək, özlərinin terrorist adını bizim üzərimizə yönləndirməyə səy göstərir. Deyəsən yeni erməni nəslinin xəbəri yoxdur ki, ata və babalarına görə bu gün Azərbaycanda onların yaşıdları 30 il öncə vəhşicəsinə ana bətnində, Qarabağda soyuq qış gecəsində qarın üzərində, dəmir tankerlərdə, alovun içərisində vəhşicəsinə necə qətlə yetirilib. Deyək ki, internet yox idi və valideynləri, dövləti onları bir "manqurt" kimi böyüdüb. Bəs 2 il öncə Gəncə, Bərdə, Tərtər terrorunda qətlə yetirilən o körpələri görmədilər mi? yoxsa görməməzlikdən mi gəldilər?! Ermənilər və onların bu terrorist addımlarını dəstəkləyənlərin heç vicdanı yoxdur mu?! Olsaydı illərdir bu terror yuvasını maddi və mənəvi dəstəkləməzdilər.

Bu gün qatillərin, terroristlərin övladları xarici ölkələrdə yerləşən səfirliklərimizə də hücum edir, işçilərə xəsarət yetirməyə çalışırlar. Amma biz bu 30 ildə heç belə aqressiv olmadıq, sözümüzü mədəni formada, kimisə döymədən, söymədən bildirmişik. Acınacaqlıdır ki, hayların xarici ölkələrdəki vandalizmi ölkə rəhbərliyi tərəfindən lazımi tədbirlər ilə qarşısı alınmır.

Nə qədər gec deyil, Erməni və onun havadarları anlamalıdılar ki, Cənubi Qafqazda silah, bomba və pul ilə öz terror hakimiyyətlərini qura bilməzlər. Çünki bizim sinəmizdə Vətən üçün döyünən böyük bir ürək var. Bizdə ağıllı, siyasi bacarıqları yüksək olan, xalqının hər zaman lideri olan ölkə başçısı və həmişə onu dəstəkləyən Azərbaycan kimi qüdrətli xalqı var!



Elnurə Cəfərzadə, QEYD Sosial-Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru

Son xəbərlər

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Bütün xəbərlər