Bu ilin dördüncü rübündə Rusiya tərəfində Azərbaycanla sərhəddə sərhəd-keçid məntəqəsinin yenidənqurulmasının başa çatdırılması, həmçinin keçid zolaqlarının sayının artırılması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın plenar iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzərində işi davam etdirəcəklər.

“Bu il ərzində Rusiya və Azərbaycan müxtəlif fəaliyyət sahələrinə təsir edəcək bir sıra tədbirlər keçirəcək. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində fəal işi davam etdirmək lazımdır”, - deyə A.Overçuk bildirib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda bir sıra sahələrdə çoxlu sayda Rusiya şirkəti fəaliyyət göstərir. Onun sözlərinə görə, 2022-ci ilin ikinci rübündə Rusiyanın “KamAz” şirkətinin servis mərkəzinin Cəbrayılın “Araz Vadisi İqtisadi Zonası”nda istifadəyə verilməsi planlaşdırılır.

“Azərbaycanla birgə dəmiryol vaqonlarının istehsalının başladılması məsələləri də müzakirə olunub”, - A. Overçuk bildirib.

Onun sözlərinə görə, enerji sektorunda da sabit əməkdaşlığı saxlamaq vacibdir.

“Biz enerji sahəsində əməkdaşlığa hazırıq. Rusiyanın bu sahədə böyük təcrübəsi var. Biz Bakıda keçiriləcək 11-ci Regionlararası Forum çərçivəsində yenidən görüşəcəyimizi və cari layihələrin müzakirəsini davam etdirəcəyimizi gözləyirik”, - deyə Baş nazirin müavini əlavə edib.

O qeyd edib ki, bu gün Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası keçirilir: “Simvolik olaraq bu dövlətlərimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümünə təsadüf edir. Bu münasibətlə biz qarşılıqlı olaraq ölkə prezidentlərimiz Vladimir Putin və İlham Əliyevin təbriklərini bir-birimizə çatdırdıq”.

A. Overçukun sözlərinə görə, aprelin 4-də Moskva şəhərində hamının tanıdığı Yeni Arbatda yerləşən tikililərdə Azərbaycan və Rusiya bayraqlarının proyeksiyası canlandırıldı: “Bu ilki yubiley dövrü ərzində müxtəlif istiqamətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Vacib hadisələrdən biri də bu ilin fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri çərçivəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıqla bağlı deklarasiyanın imzalanması oldu. Bu sənəd bizim ölkələrimiz üçün yeni perspektivlər açır”.

Son xəbərlər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

Haber Global" İlham Əliyevin Özbəkistan səfərindən süjet təqdim edib - VİDEO

İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO

Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır

Kamçatkada köməksiz qalan vətəndaşımız təxliyə edildi

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

Neft ardıcıl bahalaşmalardan sonra UCUZLAŞDI

ABŞ Konqresində süni intellekt böhranı: Nümayəndələr Palatası çətin vəziyyətdə qalıb

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

İspaniya qırıcısı Rumıniyada naməlum dronu vurub

Tramp jurnalistləri təhlükəyə atıb

Biz Ukraynaya uduzuruq, qalib gələ bilməyəcəyik - Klepaç

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu

Neftin qiyməti artdı

İsrail Livana zərbə endirdi: yaralılar var

Zelenski: "Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir"

Azərbaycan müharibədə bizə kömək etdi - Pezeşkian

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Bütün xəbərlər