Qətərin paytaxtı Dohada keçirilən forumda çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski müqəddəs Ramazan bayramında ölkəsinin müsəlmanlarının Ukraynanı müdafiə edəcəklərini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ukrayna ilə Rusiya arasında müharibənin 31-ci günündə siyasətçilərə müraciət edən Zelenski qarşıdan gələn Ramazan ayına toxunub.
Qətəri salamlayan Ukrayna lideri deyib:
"Sizə “Əs-Səlamu əleykum”la müraciət etmək istəyirəm. Bu sözlər dünyanın ən dəyərlisidir və indi Ukraynada istifadə edilmir, çünki Rusiya Ukraynanı işğal edib müstəmləkəsinə çevirmək qərarına gəlib. Rusiya Ukraynadan 28 dəfə böyükdür və dünyanın ən böyük ölkələrindən biridir. Amma bu, onlara bəs etmir. Rəsmi Moskva bizim torpaqlarımızı alıb bizdən fəhlə kimi istifadə etmək istəyir.Amma 31 gündür Ukrayna bu ölkəyə müqavimət göstərir.
Ukraynanın ələ keçirilməsindən sonra Rusiya dayanacaqmı? Müstəmləkəçilərin tələbləri heç vaxt bitməyəcək. Onlar artıq nüvə silahı ilə hədələyirlər”.
Zelenski əlavə edib ki, məscidlər də Rusiyanın bombardmanlarına məruz qalıb: "Şəhərlərimizə baxın, xüsusən də tamamilə dağıdılan Mariupol şəhərinə baxın. Ukrayna müxtəlif millətlərin və dinlərin ölkəsidir. Burada bir milyondan çox müsəlman yaşayır. Təkcə Mariupolda 4 min müsəlman var idi. Üç həftədir ki, şəhərin məscidlərində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 80-ə yaxın insan var”.
Ukrayna lideri vurğulayıb ki, Ramazan ayı yaxın günlərdə başlayır:
"Bu ayın əhəmiyyətini və mənasını heç kimə izah etməyə ehtiyac yoxdur. Bunu bütün dünya bilir və hörmətlə qarşılayır. Ukrayna müsəlmanları öz ölkələrini və öz dövlətlərini müdafiə edəcəklər. Biz təkcə Ukrayna üçün deyil, hamı üçün beynəlxalq asayişi qorumalıyıq. Əfqanıstandan başlayaraq İraq, Suriya, Yəmən və Somalidə sülh axtarmalıyıq. Yaşasın Ukrayna”.
Siyasət
Zelenski Ramazan ayında Ukrayna müsəlmanlarının qarşılaşacağı problemlərdən danışdı
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət
Merz qəfil Kiyevə gəldi
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət