Xarici işlər naziri Ceyhun Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri İvana Duarteni ölkəmizdəki fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə XİN məlumat yayıb.
Ceyhun Bayramov Azərbaycanın AYİB ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edərək, mövcud münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Bank tərəfindən mühüm layihələrin, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində iştirak xüsusilə qeyd edilib.
Həmçinin AYİB-in Azərbaycan üzrə nümayəndəliyinin aidiyyəti nazirliklər ilə həyata keçirdiyi uğurlu əməkdaşlığı məmnunluqla ifadə edilib.
Bankın nümayəndəliyinin rəhbəri İvana Duarte Azərbaycandakı fəaliyyətinin müsbət nəticələrindən bəhs edərək, bu xüsusda bərpa olunan enerji, dayanaqlı inkişaf sahələrində əməkdaşlığı xüsusilə qeyd edib. 2019-cu ildə Azərbaycan Respublikası baş nazirinin AYİB-in London şəhərində baş qərargahında keçirilən Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində iştirakı, habelə imzalanmış razılaşmaların əməkdaşlığın genişləndirilməsinə önəmli təkan verdiyi bildirilib.
Nazir qarşı tərəfə münaqişə sonrası mərhələdə bölgədə mövcud olan vəziyyət və əməkdaşlıq imkanları barədə məlumat verərək, xüsusilə azad olunmuş ərazilərdəki bərpa və quruculuq işlərindən bəhs edib. Bu mərhələdə beynəlxalq tərəfdaşlarla, o cümlədən AYİB ilə əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov İvana Duarteyə Azərbaycandakı uğurlu fəaliyyətinə görə təşəkkür edərək, ona gələcək səylərində müvəffəqiyyətlər arzulayıb.
Siyasət
Ceyhun Bayramov İvana Duarte ilə görüşdü - FOTO
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə