Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi hadisələri ilə bağlı bəyanat yayıb.
Bu barədə “Report”un yerli bürosuna diplomatik nümayəndəlikdən məlumat verilib.
Bəyanatda bildirilib ki, 16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə səfirlik tərəfindən dərhal reaksiya göstərilib: “Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkmiş, vəziyyətlə tanış olub və Gürcüstan hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaradıblar. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir”.
Qeyd olunub ki, baş vermiş xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır.
“Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir”, - bəyanatda deyilir.
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi hadisələrini nəzarətə götürüb
Texnologiya
Süni intellekt naziri vəzifəsindən etdi: Cənubi Koreyada qalmaqal
Son xəbərlər
Bəzi yerlərdə yağış, qar və duman: Həftənin ilk iş gününün havası
Son xəbərlər
Meloni Zelenskini buna görə qınadı: Qəbuledilməzdir...
Siyasət
Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
Tarix
Azərbaycan bu ölkəni təbrik etdi
Son xəbərlər
AB müdafiə xərclərini 232 faiz artırır
Müsahibə
Deputatdan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm"
Müsahibə
Abbaszadə Nərmin Heydərlini vəzifəsindən azad edib? - Rəsmi
Son xəbərlər
Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır
Siyasət
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
Siyasət
Tarix yazırıq, Ukraynanı da müzakirə edəcəyik
Müsahibə
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Son xəbərlər
Azad olunan bu kəndlərə köç karvanları yola salındı
Siyasət
Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin"
Siyasət