Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Kremlin mətbuat xidməti məlumat verir ki, tərəflər Ukrayna ətrafında yaranmış gərginliyi, Qarabağ və Liviyadakı vəziyyəti, eləcə də “Sputnik V” peyvəndinin tədarükü məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı R.T.Ərdoğan Qarabağ bölgəsində sabitliyin təmin olunmasında Rusiyanın səylərini yüksək qiymətləndirib. Rusiya prezidenti isə öz növbəsində Ermənistan və Azərbaycan liderlərilə bu yaxınlarda keçirdiyi görüşlərin nəticələri barədə türkiyəli həmkarını məlumatlandırıb. Tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası işlərinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirə olunan məsələlər sırasında Liviyadakı mövcud vəziyyət də olub. Hər iki lider ölkədəki sülh prosesinin əhəmiyyətini qeyd edərək, yerli hakimiyyət orqanlarının formalaşdırılmasının Liviyada milli birliyi təmin etmək yolunda ciddi addım olduğunu bildiriblər.
Tərəflər arasında həmçinin koronavirusa qarşı birgə mübarizə vasitələri də müzakirə olunub. O, cümlədən bu sahədə əməkdaşlığın genişləndirilməsi, eləcə də “Sputnik V” peyvəndinin Türkiyəyə tədarükü və bu ölkədə birgə istehsalının mümkünlüyü vurğulanıb.
Siyasət
Ərdoğan və Putin Qarabağı müzakirə etdi
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər