Siyasət
17.01.2015, 23:28
Müdafiə Nazirliyi: İtki verməmişik
Müdafiə Nazirliyi Ermənistan KİV-nin iddialarına münasibət bildirib.
Müdafiə Nazirliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır.
Nazirlik bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay