“Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqətinizi Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəldin”.

Bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliya erməni icmasına cavabında deyib.

Ötən həftə İtaliyanın mətbuat orqanlarında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir” sərlövhəsi ilə dərc olunmuş məqaləsi İtaliya erməni icmasını “hiddətləndirib”.

İtaliyada yaşayan ermənilər “Roma Erməni İcması Şurası” adlı qurum adından Azərbaycan səfirinin məqaləsini dərc etmiş mətbuat orqanlarına etiraz məktubları ünvanlayaraq İtaliya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yayındırmağa hesablanmış sayıqlamalarla çıxış edib. Bu xüsusda, erməni tərəfinin məktubunu dərc etmiş mətbuat orqanlarının (“Notizie Geopolitiche, “Giornale Diplomatico”, “Politicamente Corretto”, “Sardegnagol”) redaksiyalarına Azərbaycanın İtaliyadakı səfirinin göndərdiyi cavab məktubu həmin KİV-lərin hər biri tərəfindən yayımlanıb.

Məktubunda Azərbaycan səfiri, ilk növbədə, həmin mətbuat orqanlarına regionumuzdakı proseslərə göstərdiyi diqqətə, habelə ötən həftə onun məqaləsini dərc etməklə italyan oxucularına bölgədəki vəziyyət haqqında mənzərənin aydın olmasına dair yaradılan şəraitə görə təşəkkür edib.

Yalnız bu yolla həqiqətin üzə çıxa biləcəyini söyləyib. Azərbaycan diplomatı onun məqaləsinə erməni tərəfinin “Roma Erməni İcması Şurası” adlı qurum vasitəsilə “cavab” vermək cəhdlərinə münasibətdə isə bildirib ki, bu qurumun Ermənistanın təcavüzkar mahiyyətini inkar etmək üçün heç bir arqument ortaya qoya bilməməsi və diqqəti Azərbaycana qarşı ucuz qarayaxma kampaniyasına yönəltməsi bir tərəfdən Ermənistanın təcavüzkar siyasətini ört-basdır etmək üçün uğursuz cəhdidirsə, digər tərəfdən də Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalan tərəf olmasının etirafıdır.

Diplomat həmin quruma Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqəti müstəqillik illərində Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəltməyi məsləhət görüb.

Azərbaycan diplomatı qeyd edib ki, əslində xaricdə yaşayan diasporun məqsədi vətəninin inkişafı və çiçəklənməsi olmalıdır, lakin erməni tərəfində isə bu, tamamilə əksinədir.

“Əgər həqiqətən də erməni diasporu erməni xalqının gələcəyini düşünürsə və Ermənistanı sabit, inkişaf etmiş və çiçəklənən ölkə kimi görmək istəyirsə, birinci növbədə Ermənistanı öz qonşuları ilə normal münasibətlər qurmağa çağırmalıdır”, - deyə M.Əhmədzadə vurğulayıb.

Diplomat məktubunu bu fikirlərlə tamamlayıb:

“Erməni icması başa düşməlidir ki, hərdənbir Ermənistana maliyyə ianələri göndərmək heç də Ermənistanı sevmək demək deyil. Nə bu maliyyə ianələri, nə də Ermənistanın səhvlərini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla ört-basdır etmək Ermənistanın problemlərini həll etməyəcək”.

Erməni tərəfinin məktubunu dərc etmiş “Giornale Diplomatico” qəzetinə isə M.Əhmədzadə belə cavab verib:

“30 ilə yaxındır ki, Azərbaycan öz ərazilərinin 20 faizinin hərbi cəhətdən işğal olunmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə sadiq olub. Bizim danışıqlarda məqsədimiz münaqişənin həllinə nail olmaq üçün nəticələrə yönəlik substantiv danışıqlar aparmaqdır. Lakin Ermənistanın məqsədi isə danışıqları uzatmaq və status kvonu saxlamaqdır. Redaksiyanın münaqişənin tezliklə həllinə çağırışını alqışlayırıq, lakin bu çağırış Azərbaycana yox, əraziləri işğal altında saxlayan tərəfə edilməlidir”.

Son xəbərlər

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Zelenski Kurska buna görə hücum əmri verib - səhv edib...

Fransa şərab oğurluğunda ittiham olunan diplomatı Nigeriyaya səfir təyin edib

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə taktiki-xüsusi təliminə start verildi

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

Türkiyənin daha bir şəhərində Merih Demiralın heykəli ucaldılacaq

Azərbaycan Paris olimpiadasını yeddi medalla başa vurub

Bütün xəbərlər