Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində qeyd olunub.

“Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur.
Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.

Bununla yanaşı, ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Cənubi Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb”, - məqalədə qeyd edilir.

Məqalədə həmçinin şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə Ali Baş Komandan qarşısında qaldırılan bütün məsələlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman xüsusi diqqətlə yanaşması qeyd olunub:

“Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artıb, 17 hərbi hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin qarnizonları, "Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun Görədil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası inşa olunub, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib. Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 312 mənzilli yaşayış binaları inşa olunub, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub. 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilib.

Bu müddət ərzində 115 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 757 xidməti bina istifadəyə verilib”.

“Bundan başqa, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, dörd hərbi hissə kompleksi tikilərək istifadəyə verilib, bir hərbi hissə kompleksi və üç sərhəd məntəqəsində isə tamamlama işləri aparılır”, - məqalədə qeyd edilir.

Xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir”, - deyə Elçin Quliyev əlavə edib.

Son xəbərlər

Ceyhun Bayramov ilə Yakov Blitşteyn arasında görüş keçirilib

Netanyahu girovlarla bağlı yaranan şəraitdən danışdı

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından DANIŞDI

Əsəd: "Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına müsbət yanaşır"

Ərdoğan: "Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağa hazırlaşır"

Yaşar Gülər: "Türkiyə Qara dəniz hövzəsinin hərbi arenaya çevrilməsinə icazə verməyəcək"

Hakan Fidan Azərbaycanı təbrik etdi

Hikmət Hacıyev Şuşadan paylaşım edib

Makronun erkən seçki ilə bağlı təşəbbüsü uğursuzluğa məhkumdur

Qardaşının klinikada öldürüldüyünü deyən şəxs prokurorluqdan NARAZIDIR

Pakistanın baş naziri Prezident İlham Əliyevə zəng edib

Zaxarova: "Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub"

Universitetlərə qəbul planının sayı açıqlandı

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib.

Fransa müxalifətindən Makrona qarşı BİRLİK ÇAĞIRIŞI

Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsinə qədəm qoyub

Azərbaycan və Türkiyə prezidentləri Ankaranın Esenboğa Hava Limanında görüşüblər

Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir

İlham Əliyev: "Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır"

ABŞ-Azərbaycan: Ağ Ev "təmas xətti"ni dəyişmək istəyir

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb

Makron Rusiyaya hərbi zərbələri dəstəklədi

G7 İrana çağırış etdi

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

Makron Yeni Kaledoniyaya səfər edib

İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb

Azərbaycan nefti ucuzlaşıb

Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Notarius Daxil Kərimovun fırıldaqlarını kim ifşa edəcək?

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

Tehranda təhlükəsizlik səviyyəsi artırılır

Bütün xəbərlər