“Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdəki mövqeyinə ciddi şəkildə təsir edib”.
Oxu.Az xəbər verir ki, bu fikir Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqin iştirakçılarına müraciətində yer alır.
Ə.Nağıyev bildirib ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan Respublikası 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib:
“Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin indiyədək qazandığı ən yüksək mövqedir. Hazırkı reytinq cədvəlində Gürcüstan 24-cü, Ermənistan isə 96-cı yerdədir.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi - 2020” (“Global Cybersecurity Index” - GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89,31 xal ilə 40-cı yerdə qərarlaşıb.
Həmçinin, 2009-cu ildə ratifikasiya edilmiş “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına əsasən, 24/7 şəbəkəsi vasitəsilə sübutların toplanması, rəsmi məlumatın təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən daim müvafiq işlər həyata keçirilir”.
Müraciətdə o da qeyd edilib ki, ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr potensialının artırılması istiqamətində bir çox işlər həyata keçirilir:
“2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən “Cyber Summer School”un əsas məqsədi tərəfdaş ölkələrdən olan düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir. Növbəti ildə tədbirə qatılan xarici tərəfdaş ölkələrin sayının artırılacağı planlaşdırılır”.
Müsahibə
Əli Nağıyev: “Azərbaycan kibertəhlükəsizlik sahəsində qlobal mövqeyini yaxşılaşdırıb”
Siyasət
İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - Foto
Bölgə
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - Foto
Bölgə
İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - Foto
Siyasət
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Siyasət
Çində kütləvi həbslər: Mao dövrü geri qayıdır?
Son xəbərlər
Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib
Bölgə
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Bölgə
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
Siyasət
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - Foto
İqtisadiyyat
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Siyasət
ABŞ-nin İranla bağlı planları: Tramp administrasiyası nə qərar verəcək?
İqtisadiyyat
Neft yenə kəskin bahalaşdı
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət