"Bizim işimiz haqq işidir! Putin məhv ediləcək! Qələbə bizimlə olacaq!"
"Əgər siz Putin rejiminə nifrət edirsinizsə və Rusiyanı azad və demokratik ölkə olmasını istəyirsinizsə, bizə qoşulun!"
"Qazprombank"ın sabiq top-meneceri İqor Volobuyev Ukrayna Silahlı Qüvvələrinin Rusiya legionuna daxil olub.
Moderator.az xəbər verir ki, bu barədə bölmədə məlumat verilib.
"Qazprombank"ın sabiq vitse-prezidenti İqor Volobuyev "Rusiyaya azadlıq" legionuna daxil olub. Bizim işimiz haqq işidir! Putin məhv ediləcək! Qələbə bizimlə olacaq!", - məlumatda belə deyilir.
Bundan başqa, Volobuyevin atəşlərdə olduğu videogörüntülər dərc edilib.
"Arzular çin olur. Mən indi "Rusiyaya azadlıq" legionunda xidmət edirəm. Rusiyadan olan oğlanlar, əgər siz Putin rejiminə nifrət edirsinizsə və Rusiyanın azad, demokratik ölkə olmasını istəyirsinizsə, bizə qoşulun", - İqor Volobuyev deyib.
Əvvəllər xəbər verildiyi kimi, Ukraynanın Sumı vilayətinin Axtlrka məntəqəsində doğulan İqor Vorobuyev Rusiyadan vətəninə dönərək, onun sözlərinə görə, ərazi müdafiəsi bölmələrinə qoşulub.
"Ona görə ki, rusiyalılar mənim atamı, tanışlarımı, yaxınlarımı öldürüb. Mənim atam soyuq zirzəmidə yaşayıb. Mənə uşaqlıqdan tanıdığım adamlar deyirdilər ki, mənə görə xəcalət çəkirlər. Bilirsiniz, onlar mənə nə deyib?
"Bir də biz sənin axtırkalı, ukraynalı olduğunu eşitməyək. Heç vaxt bunu dilinə də gətirmə".
Mən əşyalarımı toplayıb, martın 2-də Rusiyadan uçdum. Mənim səfərim tövbə etməkdir, mən özümün rusiyalı keçmişimdən yaxa qurtarmaq istəyirəm. Mən Ukraynada qələbəyədək qalmaq istəyirəm", - o zaman Volobuyev belə deyib.
O, həmçinin dəqiqləşdirib ki, bundan öncə altı il "Qazprombank"da çalışıb, daha 16 il "Qazprom"un əməkdaşı olub, "onlardan doqquz ilini mətbuat xidmətinin rəhbəri işləyib".
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq 20 ildir davam edir və iqtisadi təzyiqdən başlanıb.
"Rusiyaya azadlıq" legionu Ukrayna Silahlı Qüvvələrinin 2022-ci ilin martında yaradılmış Rusiya legionudur.
Məqsəd Ukraynanın Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsindən qorumaqdır.
Onun tərkibinə Rusiya Silahlı Qüvvələrinin sabiq hərbi qulluqçuları, habelə başqa rusiyalı və belaruslar daxildir.
Döyüşçülər Rusiyanın yenilənmiş, aşağı hissəsində qırmızı zolağı olmayan bayrağından istifadə edir.
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviş deyib ki, Rusiya ərazisində "Rusiyaya azadlıq" legionunun özəkləri yaradılıb. Onun sözlərinə görə, legionun hərbi qulluqçuları "Ukrayna uğrunda deyil, Putin rejimindən azad olan Rusiya uğrunda döyüşür və artıq Rusiya ərazisində aktiv şəkildə fəaliyyət göstərir.
Əlavə edək ki, SWIFT sistemindən ayrılmayan "Qazprombank" qaz sənayesinin kommersiya bankıdır, Rusiyanın ən iri universal banklarından biridir, Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməkdə davam edir.
Bu bank vasitəsilə Rusuya PUA-lar, hərbi texnika və radioelektronika kəşfiyyatı üçün komplektləşdirici vasitələr əldə edir.
Müsahibə
"Əgər siz Putin rejiminə nifrət edirsinizsə..."
Siyasət
İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - Foto
Bölgə
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - Foto
Bölgə
İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - Foto
Siyasət
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Siyasət
Çində kütləvi həbslər: Mao dövrü geri qayıdır?
Son xəbərlər
Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib
Bölgə
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Bölgə
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
Siyasət
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - Foto
İqtisadiyyat
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Siyasət
ABŞ-nin İranla bağlı planları: Tramp administrasiyası nə qərar verəcək?
İqtisadiyyat
Neft yenə kəskin bahalaşdı
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət