MM Mədəniyyət komitəsinin sədri Q.Paşayeva I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının qapanış mərasimində çıxış edib və türk aydınlarına çağırış edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Bakı Dövlət Universitetində (BDU) keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının qapanış mərasimində çıxış edib.
Q.Paşayeva festivalın Milli Məclisin Mədəniyyət komitəsi, AYB, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, TÜRKPA, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığı, Yunus Əmrə İnstitutu, İLESAM, Azərbaycan Yaradıcılıq Fondu, DGTYB və d. qurumların təşkilati, mənəvi dəstəyi ilə Bakı Dövlət Universitetində (BDU) keçirilməsini festivalın uğurunu şərtləndirən amil kimi şərh edib:
“Bilirsiz ki, bu il Azərbaycanda “Şuşa İli”dir. Şuşa 2023-cü il üçün Türk dünyasının Mədəniyyət Paytaxtıdır. Elə bilirəm, ortaq türk qurumlarımızın dəstəyi və iştirakı ilə belə bir festivalın keçirilməsi “Şuşa İli”nə gözəl töhfə, gələn ilki tədbirlər üçünsə bir təcrübə oldu..
Bu gün burada ortaq türk qurumlarının mükafatları, təltifləri təqdim olunmaqdadır. Bütün təltif olunanları təbrik edir, yeni uğurlar diləyirəm!
Fürsətdən istifadə edib, məni “Əlişir Nəvai” Qızıl medalı ilə təltif edən Beynəlxalq Türk Akademiyası və “Türk dünyası” Onur medalı ilə təltif edən İLESAM başqanlığına könül dolusu təşəkkürlərimi yetirirəm!
Biz illər öncə belə tədbirlərdəki çıxışlarımızı “İnşallah növbəti tədbirimizi Şuşada, düşmən işğalından azad edəcəyimiz Qarabağda keçirək!” diləyi ilə bitirərdik. İndi isə “İnşallah növbəti tədbirimizi Zəngəzurda keçirək, Zəngəzurda görüşək!” deyirik.
Sağ olun”!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Müsahibə
Qənirə Paşayeva türk aydınlarına çağırış etdi -FOTO
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət
Merz qəfil Kiyevə gəldi
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət
Ceyhun Bayramov Abbas Əraqçı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər