"Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ötən 18 il ərzində Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində uğurların əldə edilməsini şərtləndirib. Heç şübhəsiz bu sırada 2010-2020-ci illər ərzində aparılan islahatlar və atılan addımlar xüsusi olaraq vurğulanmalıdır".

"Report"a istinadən xəbər veririk ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın iqtisadi və maliyyə cəhətdən geniş imkanlara malik olması ölkəmizin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin artmasına təkan verib: “Təsadüfi deyil ki, ötən müddət, xüsusilə də 2010-2020-ci illər ərzində iqtisadi imkanaların artması sayəsində ordumuz maddi-texniki cəhətdən ən yüksək səviyyədə təmin edilib, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təhciz edilib. Məlum olduğu kimi, Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır”.

Deputatın sözlərinə görə, artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də Azərbaycanın ordu quruculuğunda mühüm uğurlara imza atdığını etiraf edirlər: “Onu da deyim ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü. Belə ki, qısa müddət ərzində ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, bununla da düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdi, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi”.

O bildirib ki, 2010-2020-ci illər ərzində hərbi hissələrimizdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verdi, ordumuz tarix yazdı: “Buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür. Belə ki, respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Məlum olduğu kimi, İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayandı. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələdi. Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir”.

V.İskəndərovun sözlərinə görə, ordumuz öz tərəfdaşlarının, o cümlədən də qardaş Türkiyənin silahlı qüvvələri ilə vaxtaşırı hərbi təlimlər keçirir ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının artmasına öz müsbət təsirini göstərir: “Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Hazırda yerli müəssisələrdə buraxılan müxtəlif adda yüksəkkeyfiyyətli silah-sursat ordumuzun təchizatında mühüm rol oynayır”.

Bəhs edilən dövrdə Azərbaycan hərbçilərinin sosial müdafiəsinin gücləndirildiyini, onların mənzil-məişət problemlərinin həll edildiyini də deyən deputat bildirib ki, eyni zamanda hərbçilərin xidmət şəraiti ən müasir standartlara uyğun yenidən quruldu, yeni kazarmalar tikildi, Prezident İlham Əliyev müntəzəm qaydada hərbçilərin vəziyyətini öz şəxsi nəzarətində saxladı: "Eyni zamanda, orduda nizam-intizam daim gücləndirildi, şəxsi heyətin müasir peşəkarlıq standartlarına uyğun hazırlanması prioritet təşkil etdi. Həm bunlar, həm də digər məqamlar isə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qələbəsini şərtləndirən amillərdən idi. Bu amillər sırasında strateji və taktiki planlaçdırmanı da xüsusi olaraq qeyd etməliyik. Çünki bu müharibə zamanı hərbi əməliyyatların strateji və taktiki planlaşdırmasında Azərbaycan dünyaya yeni model təqdim etdi”.

Son xəbərlər

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Bütün xəbərlər