“Prezident, Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun döyüş meydanında qəhrəmanlığı sayəsində Azərbaycan Ordusu böyük zəfərlərə imza atdı, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov yeni yaradılan modul tipli hərbi hissələrlə bağlı bildirib.
H.Həsənov deyib ki, Zəfərdən sonra qoşunların işğaldan azad edilmiş ərazilərdə dislokasiyası zərurəti yaranıb:
“Bununla əlaqədar bazalar, yaşayış kompleksləri salınıb. Bu istiqamətdə quruculuq işləri davam edir. Yaşayış kompleksləri şəxsi heyətin istirahəti, asudə vaxtının təşkil edilməsi, tibbi təminatı, maddi-texniki təminatının bütün növlərini əhatə edir. İşğaldan azad olunan ərazilərdə hərbi hissələrə qaz, su, elektrik xətləri yenidən çəkilir. Bu sahədə də kifayət qədər iş görülüb.
Bununla da Azərbaycan əsgərinin daha effektli, mükəmməl döyüş hazırlığı ilə məşğul olması təmin edilir. Burada əsgərlərimiz üçün bütün şərait yaradılıb. Bu, bizim Zəfərin, Qələbənin təzahürləridir. Bu qələbənin qazanılması zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Bütün bunlar Prezident, Ali Baş Komandan və Birinci vitse-prezidentin Orduya diqqət və qayğısının bariz nümunəsidir. Bu istiqamətdə artıq qoşunlarımızın 90 faizi müasir tipli yaşayış kompleksləri ilə təmin olunub və bu işlər sistemli, mərhələli və ardıcıl davam etdirilir.
Müsahibə
Hikmət Həsənov: “Azərbaycan əsgərinin mükəmməl döyüş hazırlığı ilə məşğul olması təmin edilir”
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər