Moskvada "TASS" agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusmanın “Formula vlasti...və daha 65 müsahibə” kitabının 3-cü cildinin təqdimat mərasimi keçirilib.

İnterxəbər.Az AZƏRTAC-a istinadən xəbər verir ki, kitabda Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə də dərc edilib.

Rusiya Xarici İşlər Nazirliyində keçirilən təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi İqor Levitin, Moskva Dövlət Beynəxlaq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoli Torkunov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bu ölkədə akkreditə olunmuş digər səfirlər, habelə siyasətçilər, deputatlar iştirak ediblər.

Mərasimdə çıxış edən Mixail Qusman “XXI əsrdə öz yerini tutmuş lider elə də çox deyil, lakin onların arxasında böyük və ya kiçik ölkə, onun təkrarolunmaz xalqı dayanır. Mənim üçün başlıcası budur ki, bütün bu insanlar Rusiyaya hörmət və rəğbət ifadə ediblər. Ölkəmizin ünvanına xoş və hərarətli sözlər səsləndiriblər. Yəqin ki, bu, bizim işimizin ən vacib yekunudur” deyə, bildirib.

“Formula vlasti” kitabının üçüncü cildinə dünya liderləri ilə 65 müsahibə daxil edilib. Mixail Qusman həmin müsahibələri 2010-2014-cü illər ərzində yazıb.

Üçüncü cilddə Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, Yaponiyanın Baş naziri Sindzo Abe, Braziliya Prezidenti Dilma Roussef, Danimarka Kralı II Marqret və digər dövlət başçıları ilə müsahibələr dərc olunub.

“Formula vlasti...daha 65 müsahibə” kitabının Prezident İlham Əliyevlə müsahibənin təqdimatında müəllif yazır ki, Azərbaycan müsəlman Şərqində parlament yaradan və qadınlara səsvermə hüququ verən ilk demokratik respublikadır. Kitabın həmin hissəsində Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatının 300 faiz artdığı, ölkədə yüzminlərlə iş yerin açıldığı qeyd olunub.

Son xəbərlər

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

MSK sədri qadınlara səsləndi: Namizəd olun!

İlham Əliyev fərman imzaladı

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Bütün xəbərlər