Salvador Prezidenti Nayib Bukele şənbə günü Qanunvericilik Assambleyasından (birpalatalı parlament) cinayətkar qrupların fəaliyyəti ilə bağlı, qətllərin sayının artması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilməsini istəyib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
“Bu gün Qanunvericilik Assambleyasından respublika konstitusiyasının 29-cu maddəsinə uyğun olaraq fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanı dəstəkləməyi xahiş edirəm”, - dövlət başçısı tviter səhifəsində yazıb.
Yerli “La Prensa Gráfica” qəzetinin yazdığına görə, Salvadorda şənbə günü 57 qətl hadisəsi qeydə alınıb ki, bu da son 20 ilin ən yüksək gündəlik qətl göstəricisidir.
Salvador Konstitusiyasına görə, müharibə, ölkə ərazisinə təcavüz, üsyan, qiyam, fəlakət, epidemiya, digər böyük fəlakət və ya ictimai asayişin ciddi şəkildə pozulması zamanı sərbəst toplaşmaq azadlığı, ölkəyə giriş-çıxış azadlığı, yazışmaların toxunulmazlığı, məhkəmənin qərarı olmadan telekommunikasiyaların işinə müdaxilənin qadağan edilməsi dayandırıla və ya məhdudlaşdırıla bilər.
Son xəbərlər
Salvador Prezidenti ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsini istəyib
Siyasət
Netanyahu onunla gizli şəkildə görüş üçün BƏƏ-yə getdi
Siyasət
Əraqçı: İran ABŞ-la müharibəyə hazırdır, lakin diplomatiyadan hələ imtina etməyib
İdman
Millimiz Litva ilə heç-heçə etdi
Son xəbərlər
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Siyasət
Hakan Fidan BƏƏ-yə gedir
Tarix
Ərdoğandan Anım Günü ilə bağlı paylaşım
Tarix
İlham Əliyev və xanımı Zəfər parkında
İdman
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Siyasət
TDT XİN Şurasının iclası keçirildi
Müsahibə
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Hərbçilərinin maaşı 22,8% artacaq
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya