Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusundakı paneldə iştirak ediblər. Prezident İlham Əliyev paneldə çıxış edib, daha sonra sualları cavablandırıb.
“Vestnik Kavkaza” agentliyinin məlumatına görə, tədbirdə iştirak edən Ermənistan nümayəndəsi Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, Azərbaycan Ordusunu ermənilərin mövqelərini atəşə məruz qoymaqda və cəbhə bölgəsində gərginliyin artırılmasında ittiham edib.
Azərbaycan prezidenti isə bildirib ki, günahı həmişə bizim üstümüzə atmaq erməni tərəfinin taktikasıdır: “Onlar bizim ərazilərişğal ediblər, beynəlxalq hüququ pozublar, Xocalıda soyqırım törədiblər, bizim tarixi və dini abidələrimizi məhv ediblər və bundan sonra günahı bizim üstümüzə atırlar. Lakin məsələ ondan ibarətdir ki, erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin. Qoy İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin ölkənizdə özünüz üçün yer kifayət qədərdir, orada onsuzda elə də çox adam qalmayıb. Bəs siz Ağdamda, Füzulidə nə edirsiniz?”

Dövlət başçısı Ermənistanın vəziyyəti gərginləşdirilməsi ilə bağlı konkret misal da çəkib. Prezident ötən ilin vasitəçilərin danışıqlarda aktivliyi baxımından çox diqqətəlayiq olduğunu vurğulayıb və Vladimir Putinin avqust ayında Sarkisyanla onun görüşünü təşkil etməsini xatırladıb: “Sentyabrda isə Kerri Ermənistana prezidenti və mənim aramda danışıqlar raundu təşkil edib . Nəhayət, oktyabrın sonunda prezident Olland bizi Parisə dəvət etdi. Burada mən deyərdim ki, əla, çox konstruktiv görüş oldu. Hər iki tərəf, o zaman bu görüşün uğurlu olduğunu bəyan edərək, qoşunların təmas xəttində gərginliyin azalmasına səy göstərəcəklərini vəd etdilər. Bəs sonra nə baş verdi? On gün keçməmiş Ermənistan Ağdam da daxil olmaqla işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi təlimlərə başladı. Ermənistan tərəfinin məlumatına görə təlimlərə 47 min hərbçi cəlb olunmuşdu. Onlar işğal olunmuş ərazilərdə hərbi texnika, aviasiya, helikopterlərdən istifadə etməklə manevrlər həyata keçirirdilər. Üç gün bizim ordu səbr nümayiş etdirərək, heç bir reaksiya vermədi, lakin sonradan ermənilər Mİ-24 döyüş helikopterləri vasitəsilə Azərbaycan Ordusunun mövqelərinə hücuma keçdilər. Bizim ordumuz cavab verməli oldu, helikopterlərdən biri vuruldu və bu Azərbaycanı ittiham etməkdən ötrü Ermənistan üçün əsas oldu. Yəni, onlar təxribat törədərək gərginliyin azaldılmasına bu qədər səy göstərmiş Fransa, Rusiya və ABŞ liderlərinə hörmətsizlik nümayiş etdirdilər. Onlar düşünürlər ki, onlara nə sərf edirsə, onu edə bilərlər və heç kim onları cəzalandırmayacaq. Bu onların davranışının əsas səbəbidir. İndi də eynilə günahı Azərbaycanın üstünə atırlar və “atəş açmayın” deyirlər. Beləliklə, mənim Ermənistana mesajım budur: İşğala son qoyun, siz işğala son qoyduğunuz andan etibarən sülh, qarşılıqlı təmas və barışıq bərqərar olacaq. Və bunun baş verməməsinin səbəbi erməni əsgərinin Ağdam və Fizulidə olmasıdır”.

Qeyd edək ki, panel Sloveniyanın prezidenti Borut Pahorun sədrliyi ilə keçirilib. Müzakirələrdə Serbiyanın baş naziri Aleksandr Vuçiç, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Xorvatiya baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiç də iştirak ediblər.“Erməni əsgəri öldürülmək istəmirsə, qoy Ağdama getməsin” - İLHAM ƏLİYEV“Erməni əsgəri öldürülmək istəmirsə, qoy Ağdama getməsin” - İLHAM ƏLİYEV“Erməni əsgəri öldürülmək istəmirsə, qoy Ağdama getməsin” - İLHAM ƏLİYEV

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər