Paris şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində qədim Novruz bayramı münasibətilə “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı elmi konfrans keçirilib.
Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Fransadakı səfirliyinin iştirakı, Fransa-Azərbaycan Dialoq Assosiasiyasının və “ALİM” elmi assosiasiyasının təşkilatçılığı ilə baş tutan konfransda Fransanın Lion, Strasburq, Qrenobl, Metz, Lil, Monpelye şəhərlərindən, İsveçrənin müxtəlif şəhərlərindən gələn qonaqlar, elm xadimləri, vəkillər, jurnalistlər və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Konfransda məruzəçi qismində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu çıxış edib. Novruz bayramının tarixi, yaranma səbəbləri və ənənələrindən danışan alim türk xalqlarının bahar bayramlarının bənzərliyi və s. barədə ətraflı məlumat verib. Novruzda alovlandırılan bayram tonqallarının şamanizmdən gələn saflaşdırıcı, sağaldıcı, gələcəkdən xəbər vermə gücünə inamdan gəldiyi, bayramın sülh və barış rəmzinə çevrildiyi nəzərə çatdırılıb.
Fransada Novruz bayramı ilə əlaqədar ilk dəfə təşkil edilən elmi konfrans tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində Fransada fəaliyyət göstərən tanınmış rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli və Tulay Musanın Novruz mövzusuna həsr olunmuş əsərlərindən ibarət sərgi təşkil edilib.
Mədəniyyət
Parisdə Novruz bayramına həsr olunmuş elmi konfrans keçirilib
Siyasət
İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - Foto
Bölgə
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - Foto
Bölgə
İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - Foto
Siyasət
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Siyasət
Çində kütləvi həbslər: Mao dövrü geri qayıdır?
Son xəbərlər
Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib
Bölgə
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Bölgə
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
Siyasət
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - Foto
İqtisadiyyat
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Siyasət
ABŞ-nin İranla bağlı planları: Tramp administrasiyası nə qərar verəcək?
İqtisadiyyat
Neft yenə kəskin bahalaşdı
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət