Mədəniyyət
11.02.2015, 20:12
Çarli Çaplinin ilk Oskarı oğurlandı
Heykəlciyin dəyəri 1 milyon dollardır.
Naməlum şəxslər Parisdə Çaplinin Assosiasiyasının ofisindən Çarli Çaplinin ilk Oskarını oğurlayıblar. Bu barədə “Le Parisien” polisə istinadən məlumat verir.
Qeyd olunur ki, heykəlciyin dəyəri 1 milyon dollardır.
Assosiasiyasının ofisindən həmçinin Çaplinin hər birinin dəyəri 90 min dollar olan qələmləri də oğurlanıb.
“Oğrular yalnız qeyd olunan əşyaları götürüb, başqa heç nə itməyib. Onlar yaxşı məlumatlandırılıblar,” polisdəki mənbə deyib.
Oğurluq faktına görə araşdırmalar aparılır.
Çarli Çaplin Oskarı iki dəfə - 1929 və 1972-ci illərdə incəsənətə verdiyi töhvəyə görə alıb. Daha sonra “Filmə ən yaxşı musiqi” nominasiyasında bu mükafata layiq görülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay