Son xəbərlər
29.12.2014, 23:24
Lotereyada 25 milyon avro uddu
Belçika sakini “Euromillions” lotereyasında 25 milyon avrodan çox pul udub.
Interxeber.az saytı anspress.com saytına istinadən bildirir ki, bu ilin iyul ayında başqa bir belçikalı cekpotda 68 milyon avro qazanmışdı.
KİV-in məlumatına görə, lotereya oyunlarının vurgunu olan belçikalılar bir tiraja orta hesabla 3-5 milyon avro xərcləyirlər.
Lotereyanın indiyədək keçirilidiyi dövr ərzində krallığın 26 sakini əsas mükafatın qalibi olub. Onlar toplam olaraq 789 milyon avro alıb.
“Euromillions”un qaydalarına görə, çekpot sahibi anonimliyi saxlamaq hüququna malikdir.
Qəfildən böyük məbləğlərin sahibi olmuş sadə avropalıların böyük əksəriyyəti adının gizli saxlanmasına üstünlük verir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay