Sankt-Peterburqun dünya şöhrətli Mariinski Teatrında dahi bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletinin dörd gün ərzində uğurlu ifası baş tutub.
Tamaşalar Mariinski Teatrının Primorski filialının Sankt-Peterburqa qastrol səfəri proqramı çərçivəsində həyata nümayiş olunub.
15-22 yanvar tarixində gerçəkləşən səfər proqramında P.Çaykovskinin “Yatmış gözəl”, A.Adanın “Korsar” baletleri ilə bərabər Fikrət Əmirovun “Min bir gecə” əsəri əsas yer tutur.
Mariinski Teatrının Primorski səhnəsinin baş baletmeysteri Eldar Əliyevin quruluş verdiyi “1001 gecə” baleti Sankt-Peterburqda son zamanlarda baş verən ən əlamətdar mədəni hadisələrdən birinə çevrilib. Bütün dörd tamaşaya biletlər daha öncədən satılıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.
Tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev idarə edib.
Tamaşanın dekorasiyaları və kostyumları Peter Okunev tərəfindən hazırlanıb, işıq üzrə rəssam Sergey Martınov, video tərtibat Vadim Dulenko, əsas rolları isə Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər.
Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Tamaşaların ən əlamətdar hadisələrindən biri Mariinski Teatrının direktoru və baş dirijoru, dünya şöhrətli maestro Valeri Gergiyevin Fikrət Əmirovun baletini izləmək üçün xüsusi olaraq şəxsi cədvəlini dəyişməsi olub. Tamaşanı izlədikdən sonra maestro Valery Gergiyev Azərbaycanlı dirijor Əyyub Quliyev, baletmeyster Eldar Əliyev və bütün iştirakçı heyəti təbrik edərək Fikrət Əmirovun baletini Mariinski Teatrın tarixində əlamətdar və unudulmaz bir hadisə kimi qeyd edib.
Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorski bölgəsinin qubernatoru Oleq Kojemyako da olub.
Qeyd etmək lazımdır ki, azərbaycanlı musiqiçilərin Sankt-Peterburqa səfər ilə bağlı təşkilatı məsələlərinin həllində Azərbaycanın Rusiyadakı səfirliyi dəstək olub.![]()
![]()
![]()
![]()
![]()
Mədəniyyət
Sankt-Peterburqun Mariinski İmperator Teatrında “Min bir gecə” baleti ilk dəfə nümayiş olunub - FOTO
Hadisə
Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - Din görüntüləri yaydı
Müsahibə
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb
Son xəbərlər
Külək güclənəcək - Xəbərdarlıq verildi
Son xəbərlər
İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı
Son xəbərlər
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
Hadisə
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
Siyasət
Tramp İrana qarşı hiyləgər taktikadan danışdı
Siyasət
Rəsmi Bakı: Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Siyasət
İran ABŞ-ın radar sistemini məhv etdi
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir
Siyasət
Avropanın tələbi Gürcüstanı məhv edə bilər - Kaladze
Texnologiya
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə