İqtisadiyyat
27.10.2022, 06:51
Fransada yüzlərlə çörəkçi etiraz olaraq dükanları bağladı
Fransada 500 çörəkçi yüksək enerji qiymətlərinə cavab olaraq bir günlük tətil ediblər.
Enerji qiymətlərinin daha da artması ilə üzləşən çörəkçilərin bəziləri ənənəvi fransız çörəyi baget kimi məhsullarının qiymətini artırmaq istəyirlər.
Qeyd edək ki, ölkədə artan enerji qiymətləri ilə mübarizə aparmaq üçün müəyyən meyarlara cavab verən şirkətlər üçün yardımlar mövcuddur. Çörəkbişirənlərin əksəriyyəti isə kriteriyalara cavab vermədiyi üçün bu yardımları əldə edə bilmirlər və ya yardımlar yetərli olmur.
Mənbə: TRT Haber
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay